Vergilər Nazirliyi Azərbaycanda qeyri-leqal məşğulluğun aradan qaldırılması və nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlayır

Vergilər Nazirliyi Azərbaycanda qeyri-leqal məşğulluğun aradan qaldırılması və nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlayır
# 08 fevral 2013 12:03 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, bu təkliflərdə işçi ilə işəgötürən arasında bağlanan müqavilənin yeni hesabat formalarının hazırlanması, qeydiyyatın elektronlaşması kimi məsələlər əksini tapacaq. Dövlət başçısının tapşırığı ilə nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflərdə isə inzibati üsullardan daha çox stimullaşdırıcı metodlara üstünlük veriləcək.

F.Məmmədov artıq bu təkliflər üzərində işlərin başlandığını və fevralın sonuna kimi Prezident Administrasiyasına təqdim olunacağını bildirib: «Bunun qanun və ya fərman formasında təsdiqlənməsi isə dövlət başçısının səlahiyyətinə aid olan məsələdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR