Türkiyədə təhsil alan əcnəbi tələbələr arasında azərbaycanlılar sayca birincidir

Türkiyədə təhsil alan əcnəbi tələbələr arasında azərbaycanlılar sayca birincidir
# 17 iyun 2016 11:50 (UTC +04:00)

Bakı - APA. Azərbaycanlı tələbələr Türkiyədə təhsil alan əcnəbi tələbələr arasında sayca ilk yerdə qərarlaşıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Türkiyə Ali Təhsil Şurasının açıqladığı hesabatda əksini tapıb.

Son 5 ildə Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı 182 faiz artıb və hazırda Türkiyədə 87 min 903 əcnəbi tələbə bakalavr, magistr və doktorantura təhsili alır. Bunlardan 12 min 504 nəfəri azərbaycanlı tələbələrdir. Azərbaycanlı tələbələrin 2 min 776-sı qızdır.

Türkmənistan 9 min 903 tələbə ilə ikinci, Suriya 9 min 689 tələbə ilə üçüncü, İran 5 min 661 tələbə ilə dördüncü, İraq 4 min 414 tələbə ilə beşinci, Əfqanıstan 4 min 338 tələbə ilə altıncı, Qırğızıstan 1994 tələbə il yeddinci, Yunanıstan 1993 tələbə ilə səkkizinci, Qazaxıstan 1986 tələbə ilə doqquzuncu, Liviya 1668 tələbə ilə onuncudur.

Türkiyədə Çindən 1297, Rusiyadan 1283, Almaniyadan 722, ABŞ-dan 334, Fransadan 131, Böyük Britaniyadan 115, Yaponiyadan 34 tələbə təhsil alır.

Xarici tələbələrin ən çox üz tutduğu ali məktəblər İstanbulda yerləşir. 87 min 903 xarici tələbədən 24 min 343-ü İstanbuldakı ali məktəblərdə təhsil alır. Xarici tələbələrin ən çox üz tutduğu ali məktəb isə 5 min 556 tələbə ilə İstanbul Universitetidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR