Rusiyada sərnişin avtobusu aşıb, 10 nəfər xəsarət alıb

Rusiyada sərnişin avtobusu aşıb, 10 nəfər xəsarət alıb
# 11 iyun 2016 00:12 (UTC +04:00)

Bakı-APA. Rusiyada Saratov-Moskva marşrutu üzrə hərəkət edən sərnişin avtobusu aşıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Saratov vilayətinin Kalininsk rayonu ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qəza zamanı avtobusda 42 nəfər olub. Hadisənin sürücünün qəflətən idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR