Metropolitençilərin uşaqlarının rəsm sərgisi keçirilib

Metropolitençilərin uşaqlarının rəsm sərgisi keçirilib
# 01 iyun 2016 09:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günü ilə əlaqədar “Bakı Metropoliteni”ndə rəsm sərgisi təşkil olunub.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, budəfəki rəsm sərgisi metropoliten əməkdaşlarının uşaqlarının əl işlərindən ibarət olub.

“Rəsm çəkmək bacarığı olan uşaqların əsərləri metronun 6 stansiyasında məhz onların bayramı günü nümayiş olunur. "Sahil", "Memar Əcəmi", "Elmlər Akademiyası", "Gənclik", "Nəriman Nərimanov" və "Qara Qarayev" stansiyalarında 9 rəsm əsəri ilə tanış olmaq mümkündür”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR