Azərbaycanda saxlanılan “nurçu”ların cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Azərbaycanda saxlanılan “nurçu”ların cinayət işi üzrə ibtidai istintaq başa çatıb
# 13 oktyabr 2014 13:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda saxlanılan “nurçu”ların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


APA-nın məlumatına görə, ibtidai istintaqın tamamlanması vəkillərə elan olunub. Hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.


Qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.


Saxlanılan şəxslərin bir hissəsindən izahatı alınıb və sərbəst buraxılıblar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR