«Əl-Əzhər» universitetinin 70-dən artıq tələbəsi zəhərlənib

«Əl-Əzhər» universitetinin 70-dən artıq tələbəsi zəhərlənib
# 30 aprel 2013 00:45 (UTC +04:00)

Bakı-APA. Qahirənin «Əl-Əzhər» universitetinin 70-dən artıq tələbəsi kəskin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

Hazırda digər tələbələr tələbə şəhərciyinin yaxınlığındakı küçəni etiraz əlaməti olaraq bağlayıblar. Onlar universitet rəhbərliyinin istefasını tələb edirlər.

Həkimlərin sözlərinə görə, zəhərlənmənin səbəbi axşam yeməyinə verilmiş balıq konservidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR