Ukraynanın Müdafiə Nazirliyi Donetsk vilayətində atəşkəsin pozulduğunu bildirib

Ukraynanın Müdafiə Nazirliyi Donetsk vilayətində atəşkəsin pozulduğunu bildirib
# 08 sentyabr 2014 22:39 (UTC +04:00)

Bakı-APA. Donetsk vilayətində Ukraynanın silahlı qüvvələrinin mövqeləri atəşə tutulur.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Ukrayna hərbçilərinin atəşkəs rejiminə əməl etmələri qeyd edilir. “Hərbçilər yalnız cavab atəşi açır, artilleriya və aviasiyadan istifadə edilmir” – sənəddə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR