Kudrin: "Rublun kəskin devalvasiyası Rusiya hökumətinin iqtisadi bloku üçün biabırçılıqdır"

Kudrin: "Rublun kəskin devalvasiyası Rusiya hökumətinin iqtisadi bloku üçün biabırçılıqdır"
# 17 iyun 2016 10:35 (UTC +04:00)

Bakı - APA-Economics. "Rublun kəskin devalvasiyası Rusiya hökumətinin iqtisadi bloku üçün biabırçılıqdır". "APA-Economics" RBK-ya istinadən xəbər verir ki, bu barədə sabiq maliyyə naziri, Strateji Araşdırmalar Mərkəzinin Şurasının sədri Aleksey Kudrin Peterburq beynəlxalq iqtisadi forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rublun kəskin ucuzlaşmasına səbəb ölkənin neft gəlirlərindən asılılığı və "qara qızıl"ın bahalaşmasından sonra büdcə xərclərinin artırılmasıdır. "Biz neftdən əldə olunan gəlirləri ehtiyat üçün saxladığımız zaman milli valyutanın möhkəmlənməsinin qarşısını alırdıq. Lakin biz bu vəsaiti xərcləməyə başladıqda milli valyutamızın ucuzlaşmasının qarşısını ala bilmədik. Tam səmimi deyirəm, rublun kəskin ucuzlaşması hökumətin iqtisadi bloku üçün biabırçılıqdır. Belə çıxır ki, biz biznesin inkişafı üçün stabil şərait yarada bilmirik. Hökumət indi elə bir şərait yaratmalıdır ki, milli valyuta gələcəkdə devalvasiyaya uğramasın", - deyə sabiq nazir qeyd edib.

A. Kudrin əlavə edib ki, yaxın perspektivdə neftin qiyməti 50 dollar və ya daha aşağı səviyyədə olacaq.

"2000-ci ildə Rusiya neft-qaz ixracından 40 milyard dollar, 2006-cı ildə 100 milyard dollar, ötən il isə 200 milyard dollar gəlir əldə edib. Başqa sözlə, biz bu qədər vəsaitin ölkəyə daxil olmasına alışmışıq. Lakin hazırda qarşımızda duran məqsəd texnoloji yeniliklərin və məhsulların istehsalı olmalıdır. Biz qarşıdakı 15 ildə bu sahədən 200 milyard rubl gəlir əldə edə bilərik", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR