Meksikada kütləvi məzarlıqdan 116 meyit çıxarılıb

Meksikada  kütləvi məzarlıqdan 116 meyit çıxarılıb
# 03 iyun 2016 01:45 (UTC +04:00)

Bakı-APA. Meksikanın Tetelsinqo şəhərində aşkarlanan kütləvi məzarlıqdan 116 insan meyitinin qalıqları çıxarılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Morelos ştatının baş prokurorluğunun açıqlamasında bildirilir.

Kütləvi məzarlığın naməlum və ya kimsəsiz şəxslərin meyitlərinin dəfn edilməsi üçün yerli prokurorluq tərəfindən istifadə olunduğu ehtimal olunur.

Bu məlumatı baş prokuror Xavyer Peres Duron da, faktiki olaraq, təsdiqləyib.

Meyitlərin tanınması proseduru bir neçə ay davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR