Böyük Britaniya parlamentinin saytında Xocalıya həsr olunmuş petisiya yerləşdirilib

Böyük Britaniya parlamentinin saytında Xocalıya həsr olunmuş petisiya yerləşdirilib
# 27 fevral 2015 14:40 (UTC +04:00)

Bakı - APA. Böyük Britaniya Parlamentində Mühafizəkarlar Partiyasını təmsil edən, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Bob Bləkmən Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar 805 saylı petisiya ilə (Early day Motion) həmkarlarına müraciət edərək imzatoplama kampaniyasına başlayıb.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Petisiya Böyük Britaniya Parlamentinin saytında (http://www.parliament.uk/business/publications/business-papers/commons/early-day-motions/edm-detail1/?session=2014-15&edmnumber=805) yerləşdirilib.

Petisiyaya 4-dən artıq millət vəkili qoşulub.

Petisiyada 1992-ci ilə fevralın 26-da Xocalı şəhərinə erməni silahlı qüvvələrinin hücumundan 23 il ötməsi və bunun nəticəsində qətlə yetirilmiş 613 insanın əziz xatirəsi yad edilir, Azərbaycan xalqına başsağlığı verilir və Böyük Britaniya hökumətinin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırış edilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR