Bank Of Baku

Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO

Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
# 20 noyabr 2026 15:57 (UTC +04:00)

Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Vaz 2107” markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR