Bank Of Baku

Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VİDEO

Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VİDEO
# 28 oktyabr 2026 21:48 (UTC +04:00)
0:00 / 0:00
80%

Bu gün paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.

APA-nın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 28-də Yasamal rayonu 225 saylı məktəbdə 7-ci sinif şagirdi pəncərədən düşərək ölüb.

Real TV və "Space TV"nin əməkdaşları hadisə ilə əlaqədar məktəbə gedib, çəkiliş apararkən bir qrup şəxsin hücumuna məruz qalıb.

Polisin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.

Hadisə nəticəsində media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR