Azərbaycanın hərbi qurumları IDEF-2013 XI Beynəlxalq Müdafiə Sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunacaq

Azərbaycanın hərbi qurumları IDEF-2013 XI Beynəlxalq Müdafiə Sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunacaq
# 15 aprel 2013 09:19 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan mayın 7-dən 10-dək İstanbulda keçiriləcək IDEF-2013 XI Beynəlxalq Müdafiə Sərgisində geniş nümayəndə heyətləri ilə təmsil olunacaq. APA-nın məlumatına görə, sərgidə Azərbaycanın müxtəlif hərbi qurumlarından nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

Sərgidə Müdafiə Sənayesi Nazirliyi ayrıca stendlə təmsil olunacaq. Eyni zamanda nazir Yavər Camalovun başçılığı altında MSN-in müxtəlif strukturlarını təmsil edən nümayəndə heyəti də sərgidə iştirak edəcək.

Sərgidə həmçinin Müdafiə Nazirliyindən geniş nümayəndə heyətinin iştirakı planlaşdırılır.

IDEF-2013 sərgisində iştirakla bağlı Türkiyə Müdafiə Nazirliyi tərəfindən müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevə, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənova dəvət göndərilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR