Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı artır

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı artır
# 25 yanvar 2013 08:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı ildən-ilə artır. Bunu APA-ya açıqlamasında Ailə, Qaıdn və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova APA-ya açıqlamasında bu artımın səbəblərinə aydınlıq gətirib.

O bildirib ki, bəzi gənclər işləmək və ya təhsil almaq üçün müxtəlif ölkələrdə yaşamaq məcburiyyətində qalırlar: “Onlar uzun müddət həmin ölkələrdə yaşayırlarsa, müxtəlif insanlarla tanış olurlar və bu da sonda nikaha gətirib çıxarır. Son illər yalnız azərbaycanlı qızlar deyil, eyni zamanda azərbaycanlı oğlanlar da əcnəbi qızlarla ailə qurmağa üstünlük verirlər”.

Komitə rəsmisi qeyd edib ki, azərbaycanlı qızlar daha çox Türkiyə, Gürcüstan vətəndaşı olan azərbaycanlılara üstünlük verirlər, bu isə əcnəbilərlə nikahların böyük faizini təşkil edir: “Amma bununla yanaşı, Avropa vətəndaşları, zənci və ərəblərlə ailə quran xanımlarımız da az deyil. Ümumilikdə Azərbaycanda 2009-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 1731, 2010-cu ildə 2221, 2011-ci ildə isə 2696 nikah bağlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR