Rəfsəncani: “Ölkədə bütün qüvvələrin seçkidə iştirakına şərait yaradılmalıdır”

Rəfsəncani: “Ölkədə bütün qüvvələrin seçkidə iştirakına şərait yaradılmalıdır”
# 11 mart 2013 07:11 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Ölkədə bütün qüvvələrin seçkidə iştirakına şərait yaradılmalıdır”.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani deyib.

Onun sözlərinə görə, son vaxtlar ölkədə baş verən hadisələr radikallıqdan və düşüncəsizlikdən qaynaqlanan hərəkətlərin nəticəsidir: “Belə ki, bir qrupun əlinə meydan düşüb. Onların gördükləri işlər qarşıdan gələn seçkiləri pozmağa yönəlib. Bu isə İran dövlətinə ziyandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR