Abşeron rayonunda 50 ha sahədə quru ot yanıb

Abşeron rayonunda 50 ha sahədə quru ot yanıb
# 21 iyun 2016 02:15 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Qobu qəsəbəsinin ərazisində 50 ha sahədə quru ot yanıb.

Ərazidəki tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR