Rəsmi açıqlama: Didye Droqba “Qalatasaray”da - FOTOSESSİYA

Rəsmi açıqlama: Didye Droqba “Qalatasaray”da - <span style="color: red;">FOTOSESSİYA
# 29 yanvar 2013 08:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, klub Fil Dişi Sahillərindən olan dünya şöhrətli hücumçu Didye Droqba (Didier Drogba) ilə 1,5 illik müqavilə imzaladığını rəsmən açıqlayıb.

“Çelsi”dən (Chelsea) ayrıldıqdan sonra Çinin “Şanxay Şenhua” (Shangai Shenhua) komandasına keçən D. Droqba maaşı vaxtından ödənmədiyi üçün Çin klubu ilə müqaviləsini birtərəfli qaydada ləğv edib və “Qalatasaray”ın təklifini qəbul edib. D. Droqba “Qalatasaray”dan bu mövsümün sonuna qədər 2 milyon avro, növbəti mövsümdə isə 4 milyon avro maaş alacaq. Bundan başqa, oyunçuya bu müddətdə əlavə 4 milyon avro pul ödənəcək. Bununla da ulduz futbolçunun Türkiyədə 1,5 il ərzində qazancı 10 milyon avro təşkil edəcək.

D. Droqba 1978-ci il təvəllüdlüdür. Karyerası boyunca Fransanın “Le Man” (Le Mans), “Genqam” (Guingamp), “Olimpik Marsel” (Olympique de Marseille), İngiltərinin “Çelsi” (Chelsea) və son olaraq Çinin “Şanxay Şenhua” (Shangai Shenhua) komandalarında forma geyib. Bu komandalarda oynadığı 389 rəsmi matçda 163 qol vurub. Fil Dişi Sahilləri milli komandasında 85 dəfə forma geyən forvard 55 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR