Salyanda çayda batan azyaşlının meyiti tapılıb

Salyanda çayda batan azyaşlının meyiti tapılıb
# 02 sentyabr 2015 07:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Salyan rayonunda çayda batan azyaşlının meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olub.

Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR