ABŞ-da təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb - VİDEO

ABŞ-da təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 07 aprel 2015 18:59 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın İllinoys ştatında “Cessna 414” kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Chicago Tribune nəşri məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 sərnişin və bir pilot hadisə yerində ölüb.

Təyyarənin Bluminqton aeroportunun yaxınlığında qəzaya uğradığı bildirilir.

Qəzanın səbəbləri barədə rəsmi məlumat hələlik verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR