Siyavuş Novruzov: “Azərbaycanda gözlənilə biləcək mənfi hadisələrin qarşısı alınır”

Siyavuş Novruzov: “Azərbaycanda gözlənilə biləcək mənfi hadisələrin qarşısı alınır”
# 21 iyun 2016 10:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bəzi ölkələr başqa dövlətlərin daxilində dini təriqətlər yolu ilə məqsədlərinə nail olmaq istəyirlər”.


APA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Milli Məclisdə din-dövlət münasibətlərinin tənzimlənməsi üçün müvafiq qanunların qəbuluna hazır olduqlarını vurğulayan S. Novruzov Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi və yerli icra qurumları ilə birlikdə səmərəli fəaliyyət göstərdiyini söyləyib: “Bu yolla Azərbaycanda gözlənilə biləcək mənfi hadisələrin qarşısı alınır. Azərbaycanda ən məqbul dövlət-din modeli tətbiq olunub. Mübariz Qurbanlı Dövlət Komitəsinə sədr təyin edildikdən sonra kabinetdən çıxılıb, yerlərdə ardıcıl işlər aparılmağa başlanıb. Bu sahədə inandırma əsasdır, ona görə də bu sahəyə rəhbərlik edən insanlar savadlı, dünyagörüşləri geniş olmalıdır ki, başqalarını inandıra bilsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR