Hidayət Orucov Bişkek meri ilə görüşüb - FOTO

Hidayət Orucov Bişkek meri ilə görüşüb - <span style="color: red;">FOTO
# 05 mart 2013 14:28 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Qırğızıstanın paytaxtı Bişkek şəhərinin meri İsa Omurkulov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb. APA-nın Bişkek meriyasının saytına istinadən verdiyi məlumata görə, görüşün əvvəlində İ. Omurkulov H. Orucovu səfir vəzifəsinə təyinatı ilə bağlı əlaqədar təbrik edərək ona uğurlar arzulayıb. Mer deyib ki, paytaxt bələdiyyəsi Azərbaycan səfirliyi ilə əvvəllər sıx əməkdaşlıq edib və bu əlaqələr daha da inkişaf etdiriləcək.

Görüş zamanı səfir H. Orucov Bişkek merini Azərbaycana dəvət edib. İ. Omurkulov isə öz növbəsində Bakı və Bişkekin qardaş şəhərlər elan olunması ilə bağlı məsələni nəzərdən keçirməyi təklif edib. H. Orucov bu təklifi razılıqla qarşılayaraq bildirib ki, onun səfir vəzifəsində əsas məqsəd iki ölkə arasında əlaqələri daha da genişləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR