Daha bir aviaşirkət uçuşlarını Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni sərnişin terminalından yerinə yetirməyə başlayıb

Daha bir aviaşirkət uçuşlarını Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni sərnişin terminalından yerinə yetirməyə başlayıb
# 27 oktyabr 2014 11:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qazaxıstanın milli aviadaşıyıcısı “Air Astana” reyslərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni sərnişin terminalından yerinə yetirməyə başlayıb.

“Air Astana”nın Azərbaycandakı regional meneceri Qalımcan Seylbayevin “APA-Economics”ə verdiyi məlumata görə, Almatı-Bakı və əks istiqamətdə uçuşlar artıq yeni terminaldan yerinə yetirilir.

“Biz bütün xarici aviaşirkətlərin arasında yeni terminaldan uçuşları ilk dəfə reallaşdırdıq”, - deyə Q. Seylbayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR