Bank Of Baku

Gədəbəydə yol qəzasında qadın ölüb, 12 yaşlı oğlu xəsarət alıb - YENİLƏNİB

Gədəbəydə yol qəzasında qadın ölüb, 12 yaşlı oğlu xəsarət alıb - YENİLƏNİB
# 14 oktyabr 2026 15:40 (UTC +04:00)

DİN-un Baş Dövlət Yol Polisi İdarəsi Gədəbəydə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

BDYPİ-dən APA-ya verilən məlumata görə, oktyabrın 13-ü saat 22:00 radələrində, Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırır", məlumatda deyilir.

***

10.40

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Çanaqçı kəndində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Şükür Ələkbərovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobilin içərisində olan arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR