Paşha Bank
Bank Of Baku

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə qəza olub, xəsarət alanlar var
# 10 noyabr 2026 23:52 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “Toyota AUQA”, “Hyundai”, “VAZ” və “Opel” markalı avtomobillər toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-cı il təvəllüdlü E. Hümbətov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR