Bank Of Baku

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 08 iyun 2026 17:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.

Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

***

14.43

FHN-in "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə APA-ya nazirlikdən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

13.50

Hacıqabulda açıq ərazidə yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, açıq ərazidə yığılan iritonnajlı avtomobillərin təkər tullantıları yanır.

FHN-in Hacıqabul və Şirvan bölmələri tərəfindən yanğının söndürülməsi, yaxınlıqda olan fermer təsərrüfatları və neft buruqlarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR