Azərbaycanda gənclərin kadr potensialı haqqında məlumat bankı yaradılacaq

Azərbaycanda gənclərin kadr potensialı haqqında məlumat bankı yaradılacaq
# 19 fevral 2013 08:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan gənclərin kadr potensialı haqqında məlumat bankı yaradılacaq.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, hazırda aidiyyəti dövlət qurumlarının iştirakı ilə həmin məlumat bazasının formalaşdırılır.

Onun sözlərinə görə, burada söhbət əsas məqsəd yalnız dövlət qurumları və geniş iqtisadi müəssisələrdə çalışan gənc menecerlərin, yəni idarəetmədə bacarığı olan müəyyən insanlar barəsində məlumat bazasının formalaşdırılmasından gedir.

İ.Babayev qeyd edib ki, gələcəkdə bazada adı qeyd olunan insanların bacarıqlarından dövlət müəssisələrinin bu və ya digər sahələrində, iqtisadiyyatda istifadə edilməsi nəzərdə tutulur: “Vaxtaşırı olaraq toplanmış bu məlumat bazası haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda bu məlumat bankı üzərində iş gedir. Buraya ictimai və özəl sektorda çalışanlar barədə məlumatlar daxil edilməyəcək. Həmin bazaya çıxış isə yalnız bu kadrlardan istifadə etmək səlahiyyətində olan aidiyyəti dövlət qurumlarında olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR