Azərbaycanda ali təhsilin bakalavriat və magistratura pillələrində yeni ixtisaslar yaradılıb

Azərbaycanda ali təhsilin bakalavriat və magistratura pillələrində yeni ixtisaslar yaradılıb
# 04 mart 2013 08:41 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, Xarici İşlər Nazirliyinin təklifini nəzərə alınaraq "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "2. Humanitar və sosial ixtisaslar qrupu" bölməsinə "36. 050215 Kitabxanaçılıq və informasiya" sözlərindən sonra "36-1. 050216 Dövlət və ictimai münasibətlər" hissəsi əlavə edilib.

NK-nın digər qərarı ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarda dəyişikliklər edilib. Təhsil və Xarici İşlər nazirliklərinin təklifləri nəzərə alınaraq "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "2. Humanitar və sosial ixtisaslar qrupu" hissəsinin "060212 Hüquqşünaslıq" ixtisasına "- Dəniz və enerji hüququ" sözlərindən sonra "- Transmilli cinayət hüququ" sözləri, "060215 Kitabxanaçılıq və informasiya" ixtisasında "- Kitabxana fondlarının formalaşması və istifadəsi" sözlərindən sonra "060216 Dövlət və ictimai münasibətlər" ixtisası və "- İctimai siyasət" sözləri əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR