Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,3% enib
# 13 mart 2013 06:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 14 449 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 552 bəndədək, Nasdaq 0,3% - 3 242 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına texniki amillər təsir edib. Belə ki, son bir neçə gün ərzində ABŞ fond bazarında artım dinamikası müşahidə olunub və bu səbəbdən investorlar mənfəət əldə etmək üçün satışı artırıblar. Nəticədə, bazarda təklif tələbatı müəyyən dərəcədə üstələyib.

Avropa fond bazarlarında martın 12-də FTSE 100 indeksi 0,1% - 6 511 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 966 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 840 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 591,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3037 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR