İki qardaşı öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

İki qardaşı öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 11 iyun 2016 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 13-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib.



Qeyd edək ki, Zaur Tərlanov mübahisə zəminində Cavid və Cahid Rəhimov qardaşlarını odlu silahla öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR