İlin əvvəlindən Azərbaycan avtomobil istehsalını 5 dəfə artırıb

İlin əvvəlindən Azərbaycan avtomobil istehsalını 5 dəfə artırıb
# 16 dekabr 2014 10:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 332,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 10,1% azalma, avtomobil və qoşquların istehsalında 48,7%, nəqliyyat vasitələrinin istehsalında isə 3,3 dəfə artım müşahidə olunub.

Belə ki, bu ilin 11 ayında Azərbaycanda 1 861 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 319 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu müddət ərzində ölkədə 229 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,4% artım deməkdir.

Bu il ərzində ölkədə kotan istehsalı 31,5% artaraq 927 ədəd, traktor istehsalı isə 83,7% artaraq 1 137 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR