SKMF Mingəçevir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

SKMF Mingəçevir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 11 noyabr 2015 07:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci il noyabrın 6-da Mingəçevir şəhərində işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;

- plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR