Bank Of Baku

Maştağada neft kəmərindən oğurluğa cəhd zamanı yanğın olub, 2 nəfər saxlanılıb - VİDEO

Saxlanılan şəxslər

© APA | Saxlanılan şəxslər

# 03 sentyabr 2026 17:45 (UTC +04:00)

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub.

Yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyən olunaraq saxlanılıblar.

Qeyd edilib ki, yanğın hadisəsinin də məhz bu şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi səbəbindən baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR