Bakıda bir gecədə 4 nəfər yol qəzasında ölüb

Bakıda bir gecədə 4 nəfər yol qəzasında ölüb
# 18 mart 2013 08:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda bir gecədə 4 nəfər yol qəzasında ölüb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, martın 16-sı paytaxtın İ.İsmayılov küçəsində Saday Paşayev idarə etdiyi «VAZ-21011» markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanmış Ceyhun Baxşəliyevə məxsus «KamAZ» markalı yük maşını ilə toqquşub. Nəticədə S.Paşayev və sərnişini Nizami Rəhimov hadisə yerində ölüb.

Elə həmin gün saat 22:40 radələrində A.Cəlilov küçəsində Təvəkkül Həsənovun idarə etdiyi «Mercedes» və Fərid Eminovun idarə etdiyi «Dodge» markalı avtomobillər toqquşub. Nəticədə T.Həsənov və həyat yoldaşı Yeganə aldığı xəsarətdən hadisə yerindəcə keçiniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR