Ötən il «Şahdəniz»dən 7,7 mlrd. kubmetr qaz hasil edilib

Ötən il «Şahdəniz»dən 7,7 mlrd. kubmetr qaz hasil edilib
# 01 mart 2013 09:39 (UTC +04:00)

Bakı – APA-Economics. Ötən il ərzində «Şahdəniz» layihəsi üzrə fəaliyyətə 269 mln. ABŞ dolları əməliyyat xərcləri və 1,099 mlrd. dollar əsaslı xərclər çəkilib. «Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il üçün bu rəqəmlərin müvafiq olaraq 222 mln. və 2,660 mlrd. dollar olacağı gözlənilir.

Ötən il ərzində «Şahdəniz» yatağından 7,730 mlrd. kubmetr qaz və 2 mln. ton kondensat hasil edilib ki, bu da gündəlik hasilatın 21,1 mln. kubmetr qaz və təqribən 44,1 min barel neft olması deməkdir.

Qeyd edək ki, 2006-cı ilin sonlarında «Şahdəniz»də hasilat başlanandan 2012-ci ilin sonunadək yataqdan bazarlara təqribən 37,6 mlrd. kubmetr qaz və 10,1 mln. ton (80 mln. barel) kondensat ixrac edilib.

Xatırladaq ki, «Şahdəniz» layihəsində BP (operator – 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR