Dövlət Agentliyi ilə Hüquqşünaslar Konfederasiyası arasında memorandum imzalanıb - FOTO

Dövlət Agentliyi ilə Hüquqşünaslar Konfederasiyası arasında memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 06 mart 2013 08:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) arasında əməkdaşlıq memorandumu imzalanıb. AHK-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, agentliyin sədri İnam Kərimov və AHK-nın sədri, millət vəkili Əli Hüseynli tərəfindən imzalanan memorandumda tərəflər arasında birgə fəaliyyətin təşkili, həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə vətəndaş iştirakçılığının təmin edilməsi fəaliyyəti öz əksini tapıb. Həmçinin sənəddə yaxın gələcək üçün tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, eyni zamanda analitik işlərin, monitorinq və sorğuların keçirilməsi məsələləri əks olunub.

Qeyd edək ki, memorandum tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləməklə əhaliyə göstərilən xidmətlər sahəsində məlumatlandırma və maarifləndirmə fəaliyyətinin və sosial iştirakçılığın qurulmasını və qarşılıqlı maraq kəsb edən sahələri əhatə edir. Sənəddə, həmçinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək könüllülərin hazırlanması və mərkəzlərə cəlb edilməsi və innovasiyaların tətbiqi sahəsində illik müsabiqənin təşkili və həyata keçirilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR