Fransada daşqınlar nəticəsində 3 nəfər ölüb

Fransada daşqınlar nəticəsində 3 nəfər ölüb
# 03 iyun 2016 22:32 (UTC +04:00)

Bakı-APA. Fransada daşqınlar nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Luara departamentində 60 yaşlı qadının meyiti su altında qalan evin həyətində aşkarlanıb.

Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi. Bir neçə gün davam edən güclü yağışlar nəticəsində Parisdə Sena çayının səviyyəsi son 34 ilin ən yüksək göstəricisinədək qalxıb. Çayda gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR