Qubada 60 yaşlı kişi dəm qazından boğulub.
APA xəbər verir ki, 1966-cı il təvəllüdlü İman Allahverdiyev yaşadığı Quba şəhəri, SUM-12 yaşayış massivindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.