Quba ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 18.09.2026-cı il tarixində saat 15:30 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentlərin vəziyyətləri orta ağır qiymətləndirilir.
***
16:14
Bakı-Quba yolunun Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, iki "VAZ-2106" markalı maşının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, hər iki maşın bağa fəhlə aparırmış.