Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 14:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
***
15:39
Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba yolunun rayonun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.