Ağsuda 70-ə yaxın sakinin əmlakına çıxarış verilib

Ağsuda 70-ə yaxın sakinin əmlakına çıxarış verilib
# 22 iyun 2016 11:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən “Kütləvi çıxarış” kampaniyasında 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. Belə ki, kampaniya çərçivəsində komitənin mobil ofisləri (ayrılmış xüsusi nəqliyyat vasitələri) ünvanlara gedib, sadə, rahat və çevik şəkildə vətəndaşların çıxarışları onlara təqdim olunub.

“Kütləvi çıxarış” kampaniyasında sakinlərə ilkin çıxarışlar təqdim olunmaqla yanaşı, əmlaka dair ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib. Çıxarış və plan-ölçülər vətəndaşlara məxsus fərdi həyət evləri, vaxtilə onlara ayrılmış pay torpaqları və ya bələdiyyə, icra hakimiyyəti tərəfindən verilmiş torpaqlar üzərində mülkiyyət hüququnun qeydiyyatı barədə olub. Kampaniya çərçivəsində vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb.

Qeyd edək ki, kampaniya əvvəlki illərdən bu il daha intensiv şəkildə keçirilməsi ilə fərqlənir, həm Bakı, həm də regionlarda belə kampaniyalar təşkil olunaraq çıxarışlar paylanır.

Kampaniya çərçivəsində vətəndaşlara hüquqi yardımlar da göstərilir. Bu, kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR