Qazax sakininin evində narkotik vasitə aşkar edilib

Qazax sakininin evində narkotik vasitə aşkar edilib
# 05 sentyabr 2015 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qazax sakininin evində narkotik vasitə aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ürkməzli kənd sakini Azad Əhmədovun evinə baxış zamanı dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu və 483,54 qram marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR