Bank Of Baku

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb - YENİLƏNİB

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb - YENİLƏNİB
# 17 avqust 2026 14:50 (UTC +04:00)
0:00 / 0:00
80%

Salyan rayonunda erkən evliliklə bağlı aşkar edilmiş cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, təkrar risklərin aradan qaldırılması məqsədilə ailə Salyan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qeydiyyata alınıb, müntəzəm monitorinq işlərinin həyata keçirilməsi planlaşdırılıb:

"Erkən evlilik hallarının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğu valideynlərin nəzərinə çatdırılıb".

Günay Elşən

***

10:35

Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR