Bank Of Baku

Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb

Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
# 17 noyabr 2026 21:07 (UTC +04:00)

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Alış oğlu Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR