Qahirədə İslam Sammiti Konfransı keçirilir

Qahirədə İslam Sammiti Konfransı keçirilir
# 06 fevral 2013 11:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Misirin paytaxtı Qahirə şəhərində İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin İslam Sammiti Konfransı açılıb. APA-nın məlumatına görə, təşkilata üzv 57 ölkədən 27 ölkənin dövlət başçılarının qatıldığı tədbir iki gün davam edəcək. Əsas müzakirə mövzusu Suriyada yaranmış vəziyyətdir. Konfrans İran prezidentinin 34 il sonra ilk dəfə Misirə səfər etməsi ilə əlaqədar da tarixə düşüb.

Suriya məsələsi konfrans öncəsi Misir və İran prezidentlərinin görüşündə müzakirə edilib. Onlar həmçinin ikitərəfli münasibətlərə də toxunublar.

Qeyd edək ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR