Şəkidə 51 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən Şəki rayon sakini 51 yaşlı Rizvan Xəlilov yolu keçmək istəyərkən “BYD” markalı minik avtomobili tərəfindən vurulub.
Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R. Xəlilov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirlib.
R. Xəlilov xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.