Bank Of Baku

Şəkidə yol qəzasında üç nəfər xəsarət alıb

Şəkidə yol qəzasında üç nəfər xəsarət alıb
# 28 avqust 2026 08:01 (UTC +04:00)

Şəkidə baş verən yol qəzası nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR