Rusiyada 15 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs 8 ay müddətinə azadlıqdan məhrum edilib

Rusiyada 15 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs 8 ay müddətinə azadlıqdan məhrum edilib
# 26 fevral 2013 12:02 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiyanın Kirov şəhərinin Lenin rayon məhkəməsi milli nifrət zəminində cinayət törədən 22 yaşlı Denis Prazdnikov barəsində hökm çıxarıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, təqsirləndirilən şəxs 19 noyabr 2012-ci ildə 15 yaşlı Azərbaycan vətəndaşına sifət nahiyəsindən bir neçə dəfə zərbə endirib.

Məhkəmə ittihamın təsdiqləndiyini bildirərək D.Prazdnikovu 8 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Kirov şəhərində bundan əvvəl məhkəmə iki analoji hadisə ilə bağlı hökm çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR