İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 5-də keçiriləcək

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 5-də keçiriləcək
# 27 fevral 2013 10:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 5-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili keçirdiyi mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, bundan əvvəl martın 16-17-də Türkiyənin İstanbul şəhərində mütəxəssislər səviyyəsində görüş olacaq. S. Cəlili həmçinin “altılıq” ölkələrinin mövqeyini müsbət qiymətləndirib: “8 ay sonra mövqelərini dəyişdirmələrinin lazım olduğu qənaətinə gəliblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR