Bakıda I Avropa Oyunları zamanı idmançıları daşıyacaq avtobuslar üçün dayanacaq tikilir

Bakıda I Avropa Oyunları zamanı idmançıları daşıyacaq avtobuslar üçün  dayanacaq tikilir
# 03 mart 2015 08:09 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, bu meydançalar idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılmasına xidmət edəcək.

Dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək. Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək.

Qeyd edək ki, sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə, həmin ərazidə işıqlandırma və digər abadlıq işləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR