Bakı Ali Neft Məktəbində Gəncənin “Kəpəz” tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində Gəncənin “Kəpəz” tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 08 aprel 2015 12:18 (UTC +04:00)

Bakı – APA. Bakı Ali Neft Məktəbində (BANM) Gəncə şəhəri “Kəpəz” tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib. APA-nın xəbərinə görə, BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova abituriyentlərə BANM-in fəaliyyəti haqqında qısa məlumat verib.

Sonra BANM-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Məktəbin tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı təqdimatla çıxış edərək, Bakı Ali Neft Məktəbinin 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığını bildirib. O, BANM-nin ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticəyə malik olduğunu deyib. Şöbə rəisi bu tədris ili üzrə 17 prezident təqaüdçüsünün BANM-i seçdiyini və abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də BANM üzrə göstəricinin 81.39% olduğunu deyib. O bildirib ki, bunlar BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olmasının sübutudur.

Məktəbdə mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları və mütərəqqi texnologiyalar əsasında həyata keçirildiyini deyən şöbə rəisi biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması barədə məlumat verib. Təqdimatda statistik göstəricilər, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və universitetlər, BANM-in yeni kampusu haqqında da danışılıb.

Sonra abituriyentlərin çoxsaylı sualı cavablandırılıb.

Sonda abituriyentlər BANM-in laboratoriyaları, yeni kampusun maketi və auditoriyaları ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR